Bu gündən Ukrayna Rusiya ilə viza rejimini işə saldı
Bu gündən Ukrayna Rusiya ilə viza rejimini işə saldı

Bir iyuldan Ukrayna Rusiya ilə viza rejimini işə saldı. Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbəri, Sergey Deyneko “feysbuk” sosial şəbəkəsində yazır.

“Bu gündən etibarən hökumətin ruslar üçün vizasız gediş-gəlişin dayandırılması ilə bağlı qərarı sərhəddə qüvvəyə mindi. Viza rejimi həm də dövlətimizin təhlükəsizliyini gücləndirməyə imkan verəcək. Bundan sonra hər bir Rusiya vətəndaşı Ukraynaya səfər məqsədini əvvəlcədən əsaslandırmalı olacaq. Bununla belə, Rusiya vətəndaşlarına xəbərdarlıq etmək istəyirəm: viza alsanız belə, rahatlamayın! Bu, Ukraynaya maneəsiz girişi təmin etmir, çünki viza sahibləri Ukrayna sərhədini keçmək üçün digər şərtlərə də cavab verməlidirlər. Sərhədçilər onları mütləq yoxlayacaqlar. Əsasın olmaması təqdirində, viza yerindəcə ləğv ediləcək”, – Deyneko yazır.