Bu gündən Tbilisidə asayış zabitləri işlə başladılar (foto)
11:26, 04.12.2018
Daxili İşlər Nazirliyinin “sistemli yeniləşdirmə” çərçivəsində bu gün Tbilisidə asayış zabitləri işlə başladılar.
Daxili İşlər Nazirliyindən bəyan etdiklərinə görə, asayış zabitinin institutu kriminal polisinin yeni bölməsini təşkil edir və mərhələ şəklində kriminal polisinin məhəllə istiqamətini və köhnəlmiş məhəllə müfəttiş institutunu əvəz edəcək.
İdarənin məlumatına görə, asayiş zabiti ictimaiyyətə orientirlədirilmiş polis fəaliyyətinin modelidir.
Təqdim olunmuş asayiş zabitlərinin seçilməsi mövcud əməkdaşlardan baş verəcək. Onlar bir neçə aylıq intensiv peşəkar təlimdən keçiblər və bu gündən Tbilisinin Kriminal Polisinin Vake-Saburtalo bölməsində işə başladılar.
Mərhələ şəklində, zabitlər institutu öncə Tbilisidə, az sonralar isə, bütün Gürcüstanda tədbiq olunacaq.