Bu gündən nəqliyyat vasitəsinin istismarı zamanı yaranan səs-küy səviyyəsi yoxlanılacaq

10:33, 01.09.2026

 

Daxili İşlər Nazirliyinin səlahiyyətli bölmələri bu gündən yol hərəkəti şəraitində nəqliyyat vasitəsinin istismarı zamanı yaranan səs-küy səviyyəsini yoxlayacaqlar.

Səs-küyün yoxlanılması qurum tərəfindən əldə edilən, beynəlxalq – ISO 5130:2019 standartına uyğun olan səs-küy səviyyəsini ölçən daşınan (portativ) cihaz dəsti ilə həyata keçiriləcək.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, nəqliyyat vasitələrinin istismarı zamanı yaranan səs-küyün icazə verilən normaları Gürcüstan hökumətinin müvafiq qərarı ilə tənzimlənir.

Qərara əsasən, yaşayış məntəqələrində gecə saatlarında – saat 23:00-dan 08:00-dək nəqliyyat vasitəsinin istismarı zamanı yaranan səs-küy 80 desibeli keçməməlidir.

Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə əsasən, istismarı zamanı yaranan səs-küy Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş normanı aşan nəqliyyat vasitəsinin idarə edilməsi 100 lari məbləğində cərimə olunmağa və sürücülük vəsiqəsinin balından 10 bal çıxılmasına, eyni əməlin təkrar törədilməsi – 200 lari məbləğində cərimə olunmağa və sürücülük vəsiqəsinin balından 20 bal çıxılmasına, üçüncü və hər növbəti hal isə – 300 lari məbləğində cərimə olunmağa və sürücülük vəsiqəsinin balından 30 bal çıxılmasına səbəb olur.

Oxşar