Bu gündən etibarən Rusiyada qeydiyyatda olan avtomobillərin Finlandiyada xüsusi icazəsi olmadan hərəkəti qadağan edilib
Bu gündən etibarən Rusiyada qeydiyyatda olan avtomobillərin Finlandiyada xüsusi icazəsi olmadan hərəkəti qadağan edilib.
Finlandiya gömrük xidmətinin bəyanatında qeyd edildiyi üzrə, bəzi hallarda Rusiyada qeydiyyatda olan dövlət nömrə nişanlı avtomobillərinin hərəkətinə icazə verilir. Məsələn, tələbələr, əmək müqaviləsi əsasında işləyən insanlar və ya Rusiya Federasiyasında daimi yaşayan Aİ vətəndaşları üçün, lakin onlar qadağanın qüvvəyə minməsindən əvvəl avtomobilin qanuni olaraq Finlandiyaya gətirildiyini sübut etməlidirlər.
Medianın məlumatına əsasən, bütün Baltikyanı ölkələr Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini qadağan edib. Qadağalar həmçinin Polşa, Finlandiya, Norveç və Bolqarıstanda da tətbiq edilib. Qadağanı pozan ilk avtomobil bu həftə Litvada artıq müsadirə edilib.