İdarələrarası Koordinasiya Şurasının qərarı ilə, üç həftə ərzində əlavə məhdudiyyətlər olacaq.
Koordinasiya Şurasının qərarına əsasən, 14 avqustdan 4 sentyabradək 3 həftə ərzində aşağıdakı məhdudiyyətlər tətbiq ediləcək:
Munisipal nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Məhdudiyyət şəhərlərarası nəqliyyata aid deyil;
Festivallar, əyləncə tədbirləri, konsertlər və idman yarışları tam məhdudlaşdırılır;
Uşaq əyləncə mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılır;
Qida obyektlərinin gecə saat 00:00 -a qədər deyil, 23: 00 -a qədər işləməsinə icazə veriləcək;
Dövlət idarələrinə işçilərini mümkün qədər distansiyalı iş rejiminə keçirmək tapşırığı verilir və şura bənzər rekomendasiyanı özəl işlə təmin edənlərə də verir;
Şuranın qərarı ilə, hərbi həkimlərdən təşkil olunmuş briqadalar peyvəndləməni maksimal şəkildə genişləndirmək və əlçatımlılığı artırmaq üçün peyvəndləmə prosesinə cəlb ediləcək; Munisipal nəqliyyatın məhdudlaşdırılması şəraitində dövlət əhalinin əsas peyvəndləyici müəssisələrə daşınmasını təmin edir.
Hökumətin qərarına əsasən, mövcud qaydaların icrasına nəzarət, toy, yas və s. kimi ictimai tədbirlərin keçirilməsi də daxil olmaqla mümkün qədər sərtləşdiriləcək. Xatırladaq ki, bu cür tədbirlərə ev sahibliyi etdiyinə görə obyektlər 10 min lari cərimələnəcək və təkrar pozuntulara görə möhürlənəcəklər.