Bu gün Parlament binasına girişə məhdudiyyət rejim qüvvəyə minəcək

10:26, 24.03.2023

Gürcüstan Parlamenti əlavə təhlükəsizlik tədbirləri ilə bağlı bəyanat yayır.

Bəyanatda qeyd olunduğu kimi, bu gün Parlament binasına girişə məhdudiyyət rejim qüvvəyə minəcək.

“Gürcüstan Parlamenti sədrinin 30 dekabr 2016-cı il tarixli N259/3 nömrəli “”Parlament Sarayında və həndəvər ərazidə təhlükəsizlik rejimi haqqında” sərəncamı ilə müəyyən edilmiş qaydalara uyğun olaraq, cari ilin martınn 24-də giriş-çıxış məhdudlaşdırılacaq, media nümayəndələri istisna olmaqla.

Bu tədbirin məqsədi mümkün təxribatların qarşısını almaq və Gürcüstan Parlamentinin üzvləri və aparatın əməkdaşları üçün iş şəraitinin təmin edilməsidir”, – Gürcüstan Parlamentində bəyan edirlər.

Oxşar