Bu gün “MEGOBARI Act”ni müzakirə edəcəkləri Senatın Xarici Əlaqələr Komitəsinin iclası təxirə salınıb
Bu gün “MEGOBARI Act”ni müzakirə edəcəkləri ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin iclası təxirə salınıb. Bu barədə komitənin veb səhifəsində qeyd olunub.
Bunadək, bu gün Senatın Xarici Əlaqələr Komitəsinin veb səhifəsində senatorlar Cim Riş və Cin Şahin tərəfindən “MEGOBARI Act”nin təqim edilməsi ilə bağlı bəyanat dərc olunub.
Bəyanatda qeyd edildiyi kimi, ikipartiyalı akt gürcü xalqını dəstəkləyir, çünki bəyanata əsasən, onların hökuməti dinc nümayişçilərə qarşı zorakı hücumları davam etdirir və ABŞ-nin Gürcüstanın Avro-Atlantik inteqrasiyasına dəstəyini bir daha təsdiqləyir.
Məlumat üçün bildirək ki, “MEGOBARI Act”i Gürcüstanın yüksək rütbəli məmurları üçün sanksiyalar və viza məhdudiyyətlərini nəzərdə tutur. Konkret olaraq, aşağıdakı müddəaları ehtiva edir:
Bütün yardım proqramları da daxil olmaqla, ABŞ-Gürcüstan münasibətlərinin tam nəzərdən keçirilməsinə başlanılsın;
Ölkənin konstitusiya ilə təsbit olunmuş Avro-Atlantik inteqrasiya proseslərinə dair öhdəliyinə gürcü xalqının dəstəyi tanınsın;
ABŞ Prezidentindən “Gürcü Arzusu”nun rəsmilərinə və Gürcüstanı Avro-Atlantik inteqrasiya yolundan yayındırmaq üçün korrupsiya ilə məşğul olan, Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən və ya Gürcüstanda sabitliyə xələl gətirən digər korrupsiya əməlləri ilə məşğul olan onların yardımçılarına qarşı sanksiyalar tətbiq etməyi tələb edir;
Gürcüstan yenidən özünün Konstitusiya tələblərinə uyğun hərəkət etdikdə, insanlar arasında əlaqələri və müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək;
Rusiyanın qeyri-qanuni işğalı şəraitində Gürcüstanın tam suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edir;
Gürcü xalqını və Gürcüstan Konstitusiyasını “Gürcü Arzusu” hökumətinin sui-istifadələrindən müdafiə edən vətəndaş cəmiyyətini dəstəkləyəcək.