Bu gün Fransanın şəhərlərində yürüş keçiriləcək, həmçinin dövlət sektoru əməkdaşlarının tətili gözlənilir

11:59, 05.11.2026

 

Bu gün Fransanın şəhərlərində yüz minlərlə nümayişçinin yürüşü keçiriləcək, həmçinin dövlət sektoru əməkdaşlarının tətili gözlənilir.

“Bu, prezident Emmanuel Makron üçün növbəti imtahandır” – “Reuters” yazır.

Yayılan məlumata əsasən, aksiya həmkarlar ittifaqları tərəfindən təşkil olunub və solçu CGT, tələbələr iştirak edəcəklər.

“Biz son dərəcə diqqətliyik, çünki 17 oktyabr hadisələrinin təkrar olunmasına yol vermək olmaz” – hökumətin mətbuat katibi Mod Brejon nazirlər kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında açıqlayıb.

Daxili təhlükəsizlik xidməti nümayişlərdə 500 000-dən 700 000-dək insanın iştirak edəcəyini proqnozlaşdırır.

Aksiya iştirakçılarının əsas tələbləri yaşayış xərcləri və təhsil sektoru ilə bağlıdır.

Oxşar