Bu gün faşizm üzərində Qələbə günüdür
Bu gün 9 May faşizm üzərində Qələbə günüdür. 1945-ci il 8 may tarixində Almaniyanın kapitulyasiya elan etməsindən sonra İkinci Dünya Müharibəsi başa çatdı. 9 May faşizm üzərində Qələbə günü elan edildi. İkinci Dünya Müharibəsi Gürcüstanda ən ağır iz buraxdı – ölkəmiz 300 minə qədər əsgər itirdi.
Qələbə Gününü müharibə veteranları ənənəvi olaraq Tbilisidəki Vake parkında naməlum əsgərin məzarı yaxınlığında qeyd edirlər, lakin bu il də ötən il olduğu kimi, Vake parkında abadlıq işləri aparıldığı üçmün II Dünya Müharibəsi qurbanlarının xatirəsini Kikvidze parkında ehtiramla yad edəcək.
Məlumat üçün bildirək ki, Faşizm üzərində Qələbə Günündə Gürcüstan hökumətinin qərarı ilə İkinci Dünya Müharibəsi veteranlarına 1000 lari, bu müharibədə həlak olanların ailələrinə isə 500 lari köçürülüb.