Bu gün Eurovision 2025-in birinci yarımfinalı keçiriləcək
Bu gün Eurovision 2025-in birinci yarımfinalı keçiriləcək

Bu gün saat 23:00-da Eurovision 2025-in birinci yarımfinalı baş tutacaq.

Tamaşaçılar qarşısında 15 ölkənin nümayəndəsi çıxış edəcək. Bunlar aşağıdakılardır: İslandiya, Polşa, Sloveniya, Estoniya, Ukrayna, İsveç, Portuqaliya, Norveç, Belçika, İtaliya, Azərbaycan, San-Marino, Albaniya, Niderland, Xorvatiya və Kipr. Bu ölkələrdən yalnız on tanəsi final şousuna keçəcək.

Səhnədə həmçinin “Böyük Beşlik” ölkələrindən ikisi – İtaliya, İspaniya və ev sahibi İsveçrə də çıxış edəcək.

Xatırladaq ki, Gürcüstanın nümayəndəsi Mariam Şengeliyanın çıxışı Eurovision 2025-in ikinci yarımfinalında – 15 may tarixində, 10-cu nömrə olaraq təqdim olunacaq.

Bu ilki Eurovision İsveçrənin Bazel şəhərində keçirilir. Birbaşa yayımları ənənəvi olaraq Birinci Kanal təqdim edəcək. Canlı şounu həmçinin 1TVPLAY üzərindən izləmək mümkün olacaq.

Müsabiqə qaydalarına əsasən, iştirakçılar öz ölkələrinə səs verə bilməzlər.

2025-ci il yarışmasına üç aparıcı ev sahibliyi edəcək. Həzəl Brüger və Mişel Huntsiker 13 və 15 may tarixlərində keçiriləcək yarımfinal şoularını təqdim edəcəklər, finalda isə onlara Sandra Studer də qoşulacaq.

2025 Eurovision müsabiqəsində ümumilikdə 37 ölkə iştirak edəcək. Yarışma 12 000-dən çox tamaşaçını qəbul edə bilən St. Jakobshalle arenasında keçiriləcək.