Bu gün dörd munisipalitetdə sakrebuloların aralıq seçkiləri keçirilir
Bu gün, oktyabrın 3-də Vani, Tsalka, Dmanisi və Axmeta munisipalitetlərinin sakrebulolarının aralıq seçkiləri keçirilir.
Səsvermə saat 08:00-da başlayıb və saat 20:00-da başa çatacaq.
Aralıq seçkiləri mojoritar sistem ilə keçirilir.
Seçicilər qeyd olunan munisipalitetlərin sakrebulolarının 4 mojoritar üzvünü seçirlər. Seçkilər üçün iki siyasi partiya tərəfindən irəli sürülmüş yeddi mojoritar namizəd qeydə alınıb. Dmanisi, Tsalka və Vanidə “Gürcü Arzusu” və “Güclü Gürcüstan – Lelo” partiyalarından namizədlər qeydiyyatdan keçib, Axmetada isə yalnız “Gürcü Arzusu”nun namizədi qeydiyyatdan keçib.
Aralıq seçkiləri üçün dörd seçki dairəsinin hamısında yeddi seçki məntəqəsi açılıb.
Seçicilərin ümumi sayı 2 225 nəfər təşkil edir. Daşınan seçki qutusu tələbi ilə seçki administrasiyasına 50 seçici müraciət edib.
Seçki prosesini yeddi yerli təşkilatdan olan 56 müşahidəçi izləyir.
Seçki məntəqəsinə gələrkən seçicinin üzərində Gürcüstan vətəndaşının şəxsiyyət vəsiqəsi və ya Gürcüstan vətəndaşının pasportu olmalıdır. Səsvermənin elektron vasitələrdən istifadə edilərək keçirildiyi seçki məntəqələrində qeydiyyatçı seçki bülleteni ilə yanaşı seçiciyə müvafiq formada xüsusi, müvafiq çərçivə-zərf təqdim edir. Elektron məntəqəyə gələn seçici xüsusi markerlə istədiyi yalnız bir namizədin qarşısındakı dairənin daxili hissəsini rəngləməli/işarələməli və xüsusi çərçivə-zərfdən istifadə etməklə bülleteni səshesablayan aparata daxil etməlidir.
Səshesablayan aparat səsləri avtomatik rejimdə hesablayır və səsvermə başa çatdıqdan sonra, məcburi prosedurlar yerinə yetirilən kimi, səsvermənin ilkin nəticələri haqqında çıxarışı çap edir, bu da planşet vasitəsilə Mərkəzi Seçki Komissiyasına göndərilir. Məlumatlar eyni zamanda results.cec.gov.ge veb saytında maraqlanan bütün şəxslər üçün əlçatan olacaq.
Tsalkanın 3 seçki məntəqəsində və Vaninin seçki məntəqəsində elektron doğrulama və səshesablayan aparatlardan istifadə olunacaq. 3 seçki məntəqəsində səsvermə ənənəvi qaydada keçiriləcək, lakin qeyd olunan məntəqələrdə seçki bülletenləri skan olunaraq rəqəmsallaşdırılacaq, müvafiq təhlükəsiz platformaya yüklənəcək və bütün maraqlı tərəflər üçün əlçatan olacaq.
Səsvermə gizlidir. Kabinədə şəkil və video çəkiliş aparmaq qadağandır.
Gün ərzində MSK-nın əlaqə mərkəzi – 2 51 00 51 fəaliyyət göstərəcək. Həmçinin, Media Mərkəzi də fasiləsiz rejimdə çalışacaq.