Bu gün Böyük Britaniyanın baş nazirinin kimliyi açıqlanacaq. “Mühafizəkarlar Prtiyasının” üzvləri iki namizəd – Boris Conson və Ceremi Hant arasında seçim etməlidirlər. Analitiklər Boris Consonun qələbəsini gümün edirlər.
İyunda keçirilən ilk səsvermədə ən çox səsi Boris Conson topladı.
Qeyd olunasıdır ki, Consonun mümkün baş nazir olmasına görə, dünən vəzifəsini Xarici İşlər naziri müavini Alan Dunkan tərk etdi. O, Consonun fəal tənqidçisidir.
Boris Consonun qələbə qazanması təqdirində daha iki nazir – Maliyyə naziri Fillip Hemond və Ədliyyə naziri Devid Qok vəzifələrini tərk etməyi planlaşdırır.