Bu gün Batumidə keçirilməsi planlaşdırılan Gürcüstan-Yunanıstan futbol matçı tamaşaçısız keçiriləcək

Batuminin 26 May küçəsindəki yaşayış binasının çökməsi nəticəsində baş verən faciə səbəbindən bu gün Batumidə keçirilməsi planlaşdırılan Gürcüstan-Yunanıstan futbol oyunu tamaşaçısız keçiriləcək. Bu barədə İdarələrarası Kordinasiya Şurasının bəyanatında deyilir.

“Koordinasiya Şurasının 5 oktyabr tarixində tamaşaçıların 33% -nin oyuna gəlməsinə icazə verməsi qərarı etibarsız elan edildi.

Biletlər üçün ödənilən məbləğ tamaşaçıya geri qaytarılacaq. Yalnız Batumidə olan Yunanıstan nümayəndə heyəti və Gürcüstan Futbol Federasiyasının nümayəndələri oyuna qatıla biləcək”, – məlumatda deyilir.

Gürcüstan-Yunanıstan futbol matçı bu gün, saat 20: 00-da Batumi Mərkəzi Stadionunda keçiriləcək.