Bu gün Ana Dili Günü qeyd edilir
Bu gün Ana Dili Günü qeyd edilir

14 aprel Ana Dili Günüdür. Bu tarix 1978-ci ilin hadisələrinin qeyd olunması üçün təsis edildi. 44 il bundan əvvəl etiraz çıxışları gürcü dilinin dövlət dili statusunu qoruyub saxladı. Hər şey isə, 1978 -ci il 24 martda başaladı, “Kommunist” qəzetində Gürcüstan Sosisalist Respublikası Konstitusiyasının yeni redaksiyası dərc olunanda. Yeni normaya əsasən, Sovet Gürcüstanının dövlət dili, gürcü dilinin yerinə rus dili olmalı idi.

Etiraz cəmi 327 tələbənin imzası ilə başladı. Yekunda isə, 60 minlik miqyaslı aksiyaya çevrildi. Parlamenti binası qarşısında mitinqçilər, binanın içərisində isə,hərbçilər dururdular. Son dəqiqə Sovet İttifaqının liderləri öz maraqlarını yürütməyə cəhd edə bilmədilər və geri çəkildilər.

14 aprel Ana Dili Günüolaraq Gürcüstanda 1990-cı ildə qeyd olunur.