Bu gün axşamdan iyunun 2-si günün ikinci yarısınadək Qərbi Gürcüstanda yağıntı gözlənilir, bu da çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər
Bu gün axşamdan iyunun 2-si günün ikinci yarısınadək Qərbi Gürcüstanda yağıntı gözlənilir, bu da çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər

 

Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, iyunun 1-i günün sonundan iyunun 2-si günün ikinci yarısınadək Qərbi Gürcüstan ərazisində yağıntı, Sameqrelo-Zemo Svaneti regionunun dağlıq hissəsində bəzi yerlərdə güclü yağış gözlənilir.

Həmçinin şimşək çaxa və külək güclənə bilər.

Sinoptiklərin məlumatına əsasən, gözlənilən yağıntı ola bilsin Qərbi Gürcüstanın çaylarında suyun səviyyəsinin xeyli artmasına, kiçik çaylarda daşqınlara, təpəlik-dağlıq və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin başlanması və aktivləşməsinə səbəb olsun (orta təhlükə dərəcəsi).