Bu gün ABŞ və Rusiya prezidentləri Volodimir Zelenskinin Vaşinqtona səfərindən əvvəl telefonla danışacaqlar
Bu gün ABŞ və Rusiya prezidentləri Volodimir Zelenskinin Vaşinqtona səfərindən əvvəl telefonla danışacaqlar

 

Bu gün ABŞ və Rusiya prezidentləri Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfərindən əvvəl telefonla danışacaqlar. Bu haqda məlumatı “Axios” yayır.

Nəşrin məlumatına əsasən, Donald Tramp və Vladimer Putin Ukrayna müharibəsi məsələlərini müzakirə edəcəklər.

Tramp ötən həftə bildirib ki, Putinə yeni ultimatum verə bilər: ya Rusiya ciddi sülh danışıqları aparır, ya da Ukrayna “Tomahawk” tipli raketlər alır.

Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 17-də Vaşinqtona səfər etməyi planlaşdırır və bu səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşəcək.