Bu gecə meteor yağışı baş verəcək – nə zaman və harada görə bilərik

14:20, 03.01.2019
Meteor yağışı ildə bir neçə dəfə baş verir, lakin, onlardan yalnız üçü saatda 100-dən çox hissəciyə çevrilə bilir – Perseidlər avqustda, Ceminidlər dekabrda və Kvadrantidlər isə yanvarda.

3 yanvardan 4 yanvara keçən gecə, Yer Kürəsinin Şimal yarımkürəsində yaşayanlar Kvadrantidlərin meteor yağışını izləyə biləcəyik. Bu il həmin hadisəyə şərait yaradan digər hadisə Yeni Aydır. Müvafiq olaraq, səma daha da qaranlıq olacaq. Hadisə daha yaxşı Avropada, həmçinin Gürcüstanda da görsənəcək.

Yeni Aya görə, təbii işıq səmada daha az olacaq və müvafiq olaraq, meteor yağışının böyük hissəsini görə biləcəyik. Pik saatında, təbii şərait əhatəsində saatda 60-100 meteoru görmə imkanı olacaq. Meteor yağışı 4 yanvar səhərində, Tbilisi saatı ilə 7:00 -da çatacaq.

Earthsky-in məlumatına əsasən, pik saatı daha qısa olacaq və sadəcə bir neçə saat davam edəcək.

Meteorları bu gecə görə bilərik, lakin, Kvadrantidlərin meteor yağışı ən yaxşı Böyük Ayı bürcünün yaxınlığında görsənəcək.

 

 

 

Oxşar