Bu gün 27 iyul tarixində, dünyanın bir çox ölkəsi səmada baş verən hadisənin şahidi olacaq.
Tbilisi vaxtı ilə 21:14-də ay tutulması baş verəcək. Hadisəni Gürcüstanda da görmək mümkün olacaq. Ay tutulmasının tez-tez baş verməsinə baxmayaraq, bu gecə baş verən ay tutulmasının fərqi ondadır ki, 21-ci əsrdə baş vermiş digər ay tutulmalarına nisbətən daha uzun olacaq.
Onu da qeyd edək ki, Mars son 15 il ərzində ən çox parlaqlığa çatacaq.
Ay tamamilə tutulacaq, yəni ki, Yer Kürəsinin kölgəsində gizlənəcək. Bu zaman, Yer Kürəsinin yoldaşı qırmızımtıl rəngdə olacaq.
Tamamilə tutulma müddəti 1 saat və 43 dəqiqə davam edəcək. Qaydaya müvafiq olaraq, oxşar tutulmalar 1 saatdan artıq davam etmir. Tutulma pik vaxta 00:21-də çatacaq və 3:28-də sonlanacaq.
Növbəti uzunmüddətli ay tutulmasəı 2025-ci ildə olacaq, lakin o, 1 saat 22 dəqiqə davam edəcək.
Ayın qırmızımtıl rəngdə tutulmasından əlavə, Mars da çox parlaq şəkildə görsənəcək. Mars və Günəş Yer Kürəsinin iki tərəfində qarşılıqlı şəkildə daqyanacaqlar.
Bu isə onu bildirir ki, Mars çox parlaq olacaq, hətta Yupiterdən də çox. Onun parlaqlığı, gecənin ən parlaq ulduzu Sirusdan 3 dəfə çox olacaq.
Ay tutulmasının bu tipini “qanlı ay” adlandırırlar, maraqlıdırmı niyə?
Tutulma zamanı ay, qırmızımtıl rəngə çevriləcək, bu isə ay tutulması, əsasən də, yarımçıq tutulma zamanı normal hadisədir. 27 iyul tarixində isə ayın tamamilə tutulması baş verdiyi üçün, praktiki olaraq ay qırmızı rəngə çevriləcək.
Tutulma zamanı, ay Yer Kürəsinin kölgəsi altından keçəcək, müvafiq olaraq, işığın böyük hissəsini bizim planet bloklayacaq. Lakin, işığın bir hissəsi Yer Kürəsinin atmosferinin xarici hissəsindən yenə də keçəcək.
Atmosferdən yalnız qırmızı işıq keçəcək. Məhz buna görə ay tutulma zamanı ay qırmızı rəngdə olacaq.