Bu axşam Dubaydan uçuşlar məhdud sayda həyata keçiriləcək

19:38, 02.03.2026

Bu axşam Dubaydan uçuşlar məhdud sayda həyata keçiriləcək. Bu barədə məlumat mediada Dubay (DXB) və Al-Maktum Beynəlxalq (DWC) hava limanlarına istinadən yayılıb.

Hava limanları sərnişinlərə xəbərdarlıq edir ki, əgər hava şirkəti özü əlaqə saxlamayıbsa, limanlara getməsinlər.

“Biz prioritet olaraq əvvəlcədən rezervasiya edilmiş müştərilərə xidmət göstəririk”, – deyə Emirates bildirib.

Bundan əlavə, məlum olub ki, Almaniya Yaxın Şərqdə qalmış turistlərin təxliyəsi üçün təyyarələr göndərəcək

Oxşar