Brüsselin Hava Limanında əməkdaşların tətil elan etməsinə görə noyabrın 26-da reyslər ləğv edilib
Brüsselin Hava Limanında əməkdaşların tətil elan etməsinə görə noyabrın 26-da reyslər ləğv edilib.
Xüsusilə, hava limanı administrasiyasının məlumatına əsasən, sabaha planlaşdırılan 203 gələn reysdən 110 reys ləğv ediləcək. Həmçinin, gedən reyslər ləğv edilib.
Hava limanının mətbuat katibinin bəyanatına əsasən, ləğv edilmiş reyslərin yönləndirilib-yönləndirilməməsinə aviaşirkətlər qərar verəsidirlər.
Belçikada planlaşdırılan ümumi tətilə hava limanının təhlükəsizlik və yerüstü xidmət personalı qoşulacaq. Vətəndaşlar hökumətin planlaşdırdığı sərt iqtisadi tədbirlərə etiraz edirlər. Hökumət Belçikanın dövlət borcunu azaltmaq məqsədilə, əmək qanunvericiliyini dəyişdirməyi və işsizlik güzəştlərini azaltmağı, eləcə də pensiya sistemində islahat aparmağı planlaşdırır.
Belçikada ümumi tətil məktəblərə, tibb müəssisələrinə və ictimai nəqliyyata şamil ediləcək.