Brüsselin Çarleroi Hava Limanı təyyarədə bomba olduğuna dair məlumat səbəbindən fəaliyyətini müvəqqəti dayandırdı, lakin indi reyslərin qəbulu və yola salınması bərpa olunub
Brüsselin Çarleroi Hava Limanı təyyarədə bomba olduğuna dair məlumat səbəbindən fəaliyyətini müvəqqəti dayandırdı, lakin indi reyslərin qəbulu və yola salınması bərpa olunub

“Ryanair” aviaşirkətinə məxsus təyyarədə bomba olması ilə bağlı məlumat daxil olduqdan sonra Brüsselin Charleroi hava limanı fəaliyyətini dayandırmışdı, lakin yoxlamalardan sonra reyslərin qəbulu və göndərilməsi yenidən bərpa olunub. Bu barədə “Euronews” məlumat yayıb.

Məlumata görə, Portuqaliyadan gələn reysdə bomba olması ilə bağlı xəbərdarlığı hava limanının administrasiyası yerli vaxtla təxminən saat 11:00-da alıb.

Bomba təhlükəsi səbəbindən hava limanı rəhbərliyi təyyarəni hava limanı ərazisində təcrid olunmuş zonaya endirib və 500 metrlik təhlükəsizlik perimetri yaradıb. Təhlükəsizlik yoxlamalarından sonra hava limanı öz fəaliyyətini bərpa edib.