Brüsselə səfəri zamanı İrakli Ğaribaşvili Oliver Varhei ilə görüşüb

17:14, 18.05.2022

Brüsselə işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə Avropa Komissarı Oliver Varhei ilə görüşüb.

Görüşün əsas mövzuları Gürcüstanın Aİ-yə üzvlük üçün müraciəti, doldurulmuş anket və Avropa Komissiyasının Gürcüstanın namizəd statusuna hazır olması ilə bağlı hesabatı olub. Görüşdə, həmçinin ölkənin vaxtından əvvəl uğurla başa vurduğu anketin doldurulması prosesi və Gürcüstanın namizəd statusu əldə etmək üçün keçməli olduğu vacib növbəti addımlar müzakirə olunub. Hökumət başçısının sözlərinə görə, Üçlüyə Aİ-yə qoşulma prosesinin Aİ institutlarının sarsılmaz dəstəyi ilə müşayiət olunması vacibdir.

Görüşdə regiondakı təhlükəsizlik vəziyyəti də müzakirə edilib və baş nazir Gürcüstanın Ukrayna xalqı ilə həmrəy olduğunu bir daha bəyan edib.

Oxşar