Brüsseldə İlham Əliyev, Nikol Paşinyan və Şarl Mişelin görüşü keçirilir
Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında üçtərəfli görüş keçirilir.
Görüşdə liderlər əvvəlki danışıqlar nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə edəcəklər.
Ötən ayın əvvəlində Bakı və Yerevandan tərəflərin sülh razılaşması imzalamağa yaxın olması barədə müəyyən siqnallar gəldi.
Qeyd olunasıdır ki, görüşdən əvvəl Avropa Şurasının prezidenti Şarl Mişel Əliyev və Paşinyanla ayrıca görüş keçirdi. Nikol Paşinyan Şarl Mişelə tanınmamış Dağlıq Qarabağın liderinin məktubunu verdi.