Brüsseldə hündürmərtəbəli binada yanğın nəticəsində bir neçə nəfər həlak olub, altı nəfər isə itkin düşmüş hesab olunur

20:08, 14.07.2026

 

 

Brüsseldə hündürmərtəbəli binada yanğın nəticəsində bir neçə nəfər həlak olub, altı nəfər isə bu vaxta qədər itkin düşmüş hesab olunur.

“Reuters”in məlumatına əsasən, sayı barədə hələlik məlumat yayılmayan həlak olan şəxslərin cəsədləri iki liftdən birində tapılıb.

Yerli əmək müfəttişliyi yanğının tikinti işlərinin aparıldığı Bruker meydanındakı binada baş verdiyini açıqlayıb.

“Bizim iki lift kabinasından birinə daxil olmaq imkanımız məhdud idi və orada iki və ya üç nəfərin cansız bədəninin olduğunu gördük” – müfəttişliyin nümayəndəsi Brext Speybruk agentliyə deyib.

Yerli yanğınsöndürmə xidmətinin məlumatına əsasən, yanğın baş verən zaman hadisə yerində 200-dən çox fəhlə olub. Yanğının hansı səbəbdən yarandığı hələlik məlum deyil.

Oxşar