British Petroleum bildirib ki, 2026-cı ilin ilk rübündə Bakı–Tbilisi–Ceyhan neft boru kəməri vasitəsilə 6 milyon ton xam neft və kondensat nəql olunub

16:23, 01.05.2026

British Petroleum-in hesabatına görə, 2026-cı ilin ilk rübündə Bakı–Tbilisi–Ceyhan neft boru kəməri vasitəsilə 6 milyon ton xam neft və kondensat nəql olunub.
Məlumata əsasən, bu həcmdə neft Ceyhan terminalında 65 tankerə yüklənərək bazarlara göndərilib.
Hazırda boru kəməri əsasən SOCAR və Azəri-Çıraq-Günəşli neft yataqları və Şahdəniz kondensatının daşınmasını həyata keçirir. Bundan əlavə, Bakı–Tbilisi–Ceyhan neft boru kəməri vasitəsilə Xəzər dənizi regionunun digər xam nefti və kondensatı da (Qazaxıstan, Türkmənistan və SOCAR-ın Azərbaycanda istehsal etdiyi digər həcmlər) nəql olunur.

Oxşar