"British Petroleum" - Bakı–Tbilisi–Ceyhanın 1 768 km uzunluğunda boru kəmərinin istismara verilməsindən bu günədək təxminən 605 milyon ton xam neft nəql olunub
"British Petroleum" - Bakı–Tbilisi–Ceyhanın 1 768 km uzunluğunda boru kəmərinin istismara verilməsindən bu günədək təxminən 605 milyon ton xam neft nəql olunub

 

2006-cı ilin iyununda Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istismara verilməsindən 2025-ci ilin birinci yarısının sonuna qədər 1 768 km uzunluğunda boru kəməri ilə təxminən 605 milyon ton xam neft nəql olunub.

Bu barədə məlumatı Azərbaycan mediası “British Petroleum” şirkətinin hesabatına istinadən yayır.

Məruzəyə əsasən, qeyd olunan müddət ərzində Ceyhanda neft 6007 tankerə yüklənib və dünya bazarlarına göndərilib.

Hesabatda qeyd olunub ki, təkcə cari ilin birinci yarısında Bakı-Tbilisi-Ceyhan vasitəsi ilə ixrac edilən təxminən 13 milyon ton xam neft və kondensat Ceyhan terminalında 145 tankerə yüklənib.

Hazırda boru kəməri əsasən Azərbaycandan ACG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan başqa, Bakı-Tbilisi-Ceyhan vasitəsilə həmçinin Xəzər dənizinin digər regional (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) xam neft və kondensatı nəql olunur.