"British Petroleum" Bakı-Supsa neft kəmərinin idarəçiliyini iyulun 8-də Gürcüstan və Azərbaycana təhvil verəcək
“British Petroleum” şirkəti Bakı-Supsa neft kəmərinin idarəçiliyini iyulun 8-də Gürcüstan və Azərbaycana təhvil verəcək.
Azərbaycan mediasının məlumatına əsasən, bu haqda jurnalistlərə “British Petroleum”un Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bildirib.
Onun sözlərinə əsasən, boru kəmərinin Azərbaycan hissəsinin operatoru Azərbaycan, gürcü hissəsinin operatoru isə Gürcüstan hökuməti olacaq.
Cari ilin mayında Azərbaycan və Gürcüstan Bakı-Supsa neft kəmərinin bərpa edilməsinə dair razılığa gəliblər.
Bakı-Supsa ixrac marşrutu “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neftin nəqli üçün nəzərdə tutulub. 1999-cu ilin aprelində istismara verilən boru kəmərinin uzunluğu 837 kilometr, illik ötürücülük qabiliyyəti isə yeddi milyon tondan çoxdur.