"British Airways"in nümayəndəsi - Gürcüstan bizim üçün çox vacib bazardır
Londondan bizim üçün çox vacib bazar olan Tbilisiyə ilk uçuşumuzu yerinə yetirməkdən məmnunuq. Bir az əvvəl sərnişinlərlə dolu ilk təyyarə eniş etdi. Bu, Böyük Britaniyanın vətəndaşlarına Tbilisi və geridə qalan Gürcüstanı ziyarət etməyə və kəşf etməyə, eləcə də gürcülərə Londona səfər etməyə və oradan, bizim infrastrukturumuz vasitəsilə, Avropa və ABŞ-a səyahət etməyə şərait yaradır – “British Airways”in aviamarşrutların inkişafı üzrə direktoru Reiçel Rayli bildirib.
Bu gün şirkətin “A320” təyyarəsi Tbilisinin Beynəlxalq Hava Limanına 156 sərnişinlə, ilk reysini həyata keçirib. Aviaşirkət London-Tbilisi-London marşrutu üzrə həftədə dörd reys tezliyi ilə birbaşa müntəzəm reyslər həyata keçirəcək.
“Bu, bizim üçün möhtəşəm gündür, çünki yeni birbaşa əlaqə qurmağı bacardıq və Gürcüstanla Böyük Britaniya arasında bu əlaqəni sizə təklif edən ilk premium daşıyıcıyıq” – “British Airways”in aviamarşrutların inkişafı üzrə direktoru qeyd edib.