"Britiş earveysin" pilotlarının tətilinə görə, 1500 reys təxirə salındı
“Britiş earveys” aviaşirkətinin pilotlarının tətilinə görə, 1500 reys təxirə salındı. Bu barədə məlumatı “Teleqraf” yayır. Aviaşirkət sərnişinlərə müraciət etdi ki, onlara alternativ yolun təqdim olunmasına qədər aeroporta getməsinlər.
Güman edirlər ki, tətilə görə, 280 min sərnişin zərər görəcək. Pilotların əsas tələbi maaşların artırılmasıdır.
Bu “Britiş earveysin” tarixində ən miqyaslı tətildir.