Britaniyanın səfirliyi bəyan edir ki, mövcud qeyri-müəyyənlik səbəbilə Gürcüstanda yerli seçkilərlə bağlı qrant təkliflərini ləğv etmək məcburiyyətində qalırlar
Britaniyanın səfirliyi bəyan edir ki, mövcud qeyri-müəyyənlik səbəbilə Gürcüstanda yerli seçkilərlə bağlı qrant təkliflərini ləğv etmək məcburiyyətində qalırlar

 

Britaniyanın Gürcüstandakı səfirliyi bəyan edir ki, mövcud qeyri-müəyyənlik səbəbilə yerli seçkilərlə bağlı qrant təkliflərini ləğv etmək məcburiyyətində qalırlar.

Səfirlik tərəfindən yayılmış bəyanatda deyildiyi kimi, “oktyabrın bələdiyyə seçkilərinin obyektiv, şəffaf monitorinqini dəstəkləmək məqsədinə xidmət edən əldən verilmiş fürsətə görə məyusdur”.

“Birləşmiş Krallıq vətəndaş cəmiyyəti üçün seçicilərin maarifləndirilməsi və vətəndaşlar tərəfindən seçkilərin monitorinqi məqsədinə xidmət edən bir sıra layihələr üçün qrantın təsdiqlənməsi haqda razılıq əldə etmək üçün vicdanla çalışırdı. Qeyd olunmalıdır ki, bu fəaliyyətlər Mərkəzi Seçki Komissiyası tərəfindən dəyərli fəaliyyət kimi qiymətləndirildi. Lakin, Gürcüstan hakimiyyəti ilə müzakirələrdən sonra bizə bildirildi ki, “qrantların təsdiqlənməsi proseduru haqqında” hökumətin qərarı hələlik tamamlanmayıb. Müvafiq olaraq, indiyə qədər “qrantların təsdiqlənməsi proseduru haqqında” qərarların qəbulu üçün mexanizmlər və ya müddətlər mövcud deyil. Təəssüf ki, bu qeyri-müəyyənliyə görə, planlaşdırılan bələdiyyə seçkilərinin şəffaflığını və rəqabət qabiliyyətini dəstəkləmək məqsədinə xidmət edən planlaşdırılan qrant təkliflərini ləğv etmək məcburiyyətində qalırıq.

Təəssüf edirik ki, Gürcüstanda son bələdiyyə seçkilərindən fərqli olaraq, hökumət hələlik ATƏT/DTİHB-nin müşahidə missiyasını dəvət etməyib və həmçinin, vətəndaşlar tərəfindən seçkilərin monitorinqi üçün lazımi fəaliyyətə dəstək verilmir. Beynəlxalq standartlara uyğun işləyən peşəkar şəkildə hazırlanmış müşahidəçilərin olmaması geriləmə kimi qiymətləndirilə bilər ki, bu da Gürcüstanda demokratik prosesin şəffaflığına ictimaiyyətin inamını azaldacaq. Böyük Britaniya Gürcüstanda demokratik inkişafı necə dəstəkləyə biləcəyi ilə bağlı dialoqa hazır olduğunu bir daha ifadə edir və oktyabrın bələdiyyə seçkilərinin obyektiv, peşəkar və şəffaf monitorinqini dəstəkləmək məqsədinə xidmət edən əldən verilmiş fürsətə görə məyusdur” – Böyük Britaniyanın səfirliyinin bəyanatında deyilir.