Britaniyanın baş naziri lazım gələrsə, Ukraynaya qoşun yeritməyə hazır olduğunu bildirib
Böyük Britaniyanın baş naziri Keir Starmer, lazım gələrsə, Ukraynaya qoşun yeritməyə hazır olduğunu bildirib. Starmer bunu Daily Telegraph-da dərc olunan məqaləsində qeyd edir.
“Lazım gələrsə, qoşunlarımızı yerə yerləşdirməyə hazırıq. Ukraynanın təhlükəsizliyinin təmin edilməsində istənilən rol qitəmizin təhlükəsizliyinin və bu ölkənin təhlükəsizliyinin təmin olunmasına kömək edir”. – Starmer deyir.
O bildirib ki, Böyük Britaniya Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işin sürətləndirilməsində mühüm rol oynamağa hazırdır, bura Ukrayna ordusuna gələcək dəstəyi də daxil edəcək. Keir Starmerin sözlərinə görə, Britaniya ən azı 2030-cu ilə qədər hər il üç milyard funt-sterlinq ayırmağı öhdəsinə götürüb.
“Ancaq bu, həm də lazım gələrsə, qoşunlarımızı yerləşdirməklə Ukraynanın təhlükəsizlik zəmanətlərinə töhfə verməyə hazır olmaq və istəyi deməkdir və bunlar boş sözlər deyil. Mən Britaniya hərbçilərini potensial riskə atmaqla bağlı məsuliyyəti çox dərindən hiss edirəm”. – Starmer dedi.
Böyük Britaniyanın baş naziri onu da qeyd edir ki, Ukraynada müharibə bitəndə Putin yenidən hücum etməzdən əvvəl müvəqqəti fasiləyə çevrilməməlidir.