Britaniyalıların 49%-i Avropa İttifaqına yenidən üzv olmağın tərəfdarıdır, 29%-i isə əleyhinədir, sorğuda iştirak edənlərin üçdə biri hesab edir ki, təşkilata qayıtmazdan əvvəl referendum keçirilməlidir

15:10, 03.10.2026

 

Britaniyalıların 49%-i Avropa İttifaqına yenidən üzv olmağın tərəfdarıdır, 29%-i isə əleyhinədir. Məlumatı bu barədə “Guardian” yayır.

“Messina Group” tərəfindən aparılan araşdırmaya əsasən, Avropa İttifaqına dərhal yenidən üzv olmağın tərəfdarı 25,9%, növbəti üç il ərzində üzvlük ideyasını dəstəkləyənlər 22,9%-dir, araşdırmada iştirak edənlərin 8,4%-i isə hesab edir ki, Birləşmiş Krallıq Avropa İttifaqına növbəti onillikdə qayıtmalıdır.

Avropa İttifaqının vahid bazarına üzvlük və assosiativ üzvlük barədə verilən sualda cüzi fərq qeydə alınıb. Bunun tərəfdarları araşdırmada iştirak edənlərin 45,1%-ni, əleyhdarları isə 45,5%-ni təşkil edir.

Araşdırma çərçivəsində fikri soruşulanların demək olar ki, üçdə biri hesab edir ki, Avropa İttifaqına qayıtmazdan əvvəl ayrıca referendum keçirilməlidir.

Araşdırma sentyabrın 12-dən 24-dək olan dövrdə aparılıb. Sorğuda 11 461 nəfər iştirak edib.

Oxşar