Britaniyalı prodüser – Gürcüstanda hər bir çəkiliş qrupuna lazım olan hər şey var, o cümlədən, möhtəşəm çəkiliş məkanları
Gürcüstanda amerikalı və britaniyalı kino prodüserlərinin işgüzar turu keçirildi, bu tədbir dövlət proqramı – “Çək Gürcüstanda” çərçivəsində təşkil olunub.
Delegasiyanın tərkibində Britaniya şirkəti Sankara Pictures-in nümayəndəsi Qaret Friçard da var idi. Onun şirkəti Gürcüstanda iki kino layihəsinin həyata keçirilməsini nəzərdən keçirir.
“Gürcüstan haqqında üç il əvvəl sizin ölkənizdə film çəkmiş həmkarımdan eşitdim. O, mənə Gürcüstanı görməyi tövsiyə etdi. Burada hər bir çəkiliş qrupuna lazım olan hər şey var, o cümlədən, gözəl çəkiliş məkanları. Üstəlik, yeni filmimiz üçün möhtəşəm olacaq bir lokasiya da tapdım. Bu filmi gələn il çəkməyi planlaşdırırıq. Artıq rejissora yazmışam və dedim ki, bu, axtardığımız yerdir”, – deyə Qaret Friçard qeyd edib.
Qeyd edək ki, “Çək Gürcüstanda” proqramının başlanmasından bu günə qədər 65 kino layihəsi dəstəklənib, yatırılan investisiyaların həcmi isə 200 milyon larini ötüb.