Britaniyadan, Avstriyadan, Yunanıstandan və İrlandiyadan Norveçə gedən insanlar məcburi karantindən keçməli olacaqlar
Norveç hökumətinin qərarı ilə, Britaniyadan, Avstriyadan, Yunanıstandan və İrlandiyadan Norveçə gedən insanlar 10 günlük məcburi karantindən keçməli olacaqlar. Məlumatı “Reuters” agentliyi yayır.
Qərara səbəb həmin ölkələrdə koronavirusun hallarının sayının artmasıdır.
Qeyd olanan məhdudiyyət Norveçə Kopenhagendən gələn sərnişinlərə də aid olacaq.