Britaniyada keçirilən sorğunun nəticələrinə görə, İslahat Partiyasının lideri Naycel Faraj hazırkı baş nazir Rişi Sunakı qabaqlayır

12:14, 14.06.2024

Britaniyada keçirilən sorğunun nəticələrinə görə, İslahat Partiyasının lideri Naycel Faraj hazırkı baş nazir Rişi Sunakı qabaqlayır.

“YouGov” “Times” nəşri üçün iyunun 12-13-də sorğu keçirib, sorğuda 2 min nəfər iştirak edib. Respondentlərin 19%-i Naycel Farajı, 18%-i Mühafizəkarlar Partiyasını; Müxalifətdəki Leyboristlər Partiyası 37% dəstəyə malikdir.

Məlumat üçün bildirək ki, Naycel Faraj Britaniyada Brexit kampaniyası ilə xüsusilə məşhur idi. Faraj sağ tərəfdədir və onun siyasi komandası daha sərt immiqrasiya tədbirlərini dəstəkləyir. Britaniyada seçkilər iyulun 4-nə təyin edilib.

Oxşar