Britaniyada "COVID-19"-a qarşı vaksinin istifadəsinə gələn həftədən başlaması mümkündür
Böyük Britaniyada “COVID-19”-a qarşı vaksinin istifadəsinə gələn həftədən başlaması mümkündür. “Reuters” agentliyinin məlumatına görə, “COVID-19”-a qarşı vaksinin istifadəsinə avtorizasiyanın gələn həftə müvafiq orqan tərəfindən verilməsi mümkündür.
Dərmanlar və səhiyyə məhsullarının tənzimləyici orqanına vaksinin avtorizasiyası barəsində rəsmi ərizəni Britaniyada 20 noyabrda təqdim etdilər.
“Reuters” yazır ki, ölkə vaksinin 40 milyon dozasını satın alıb.