Britaniya Xarici İşlər Nazirliyində bəyan edirlər ki, Vladimir Putinin qismən səfərbərlik elan etməsi narahatedici eskalasiyadır
Rusiya prezidenti, Vladimir Putinin qismən səfərbərlik elan etməsi narahatedici eskalasiyadır. “Reuters” agentliyinin yazdığına görə, bu barədə Britaniya Xarici İşlər naziri, Cilian Kiqan bəyan etdi.
Onun sözlərinə görə, Putinin hədələrinə ciddi yanaşmaq lazımdır.
“Açıq aydındır ki, bu bizim ciddi qəbul edəcəyimizdir. Siz bilirsiniz ki, biz vəziyyətə nəzarət etmirik və mən əmin deyiləm ki, o, vəziyyətə nəzarət edir. Bu açıq aydın eskalasiyadır”, – Kiqan qeyd etdi.
Xatırladaq ki, Vladimir Putin az öncə qismən səfərlik barədə bəyan etdi.