Britaniya Vladimir Putinin yetkin övladları Katerina Tixonova və Mariya Vorontsovaya sanksiya tətbiq edib.
Böyük Britaniya Rusiya prezidenti Vladimir Putinin yetkin övladları Katerina Tixonova və Mariya Vorontsovaya qarşı sanksiyalar tətbiq edib. Bu barədə məlumatı “BBC” yayıb.
Eyni zamanda Böyük Britaniya xarici işlər naziri Sergey Lavrovun qızı Yekaterina Vinokurovanı da sanksiyalar siyahısına daxil edib.
İngiltərə hökumətindən verilən açıqlamaya görə, London səyahət və maliyyə sanksiyaları tətbiq etməklə Kremlin yaxın ətrafını dəbdəbəli yaşayışla hədəf almağa davam edir.
Britaniya hökumətinin məlumatına görə, Britaniya və beynəlxalq sanksiyalar nəticəsində Putinin müharibə büdcəsindən 275 milyard funt-sterlinqdən çox vəsait dondurulub. Rəsmi Londonun fikrincə, Rusiya Sovet İttifaqının dağılmasından sonra ən dərin tənəzzülə doğru gedir.