Birləşmiş Krallıq və Avropa İttifaqı ticarət razılaşmasına nail oldular. Razılaşma breksitdən sonra London və Brüssel arasında ticarət əlaqələrini dərinləşdirməlidir.
Məlumatı “BBC” yayır.
Breksitin keçid dövrü 31 dekabrda tükənir. Bundan sonra Birləşmiş Krallıq Avropa İttifaqından yekun olaraq çıxmış olacaq.
Detallar ən yaxın mətbuat konfransında məlum olacaq.