Britaniya Ukraynaya 1,3 milyard hərbi yardım edəcək

20:51, 19.05.2022

Britaniya Ukraynaya 1,3 milyard hərbi yardım edəcək. Bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlardan sonra bildirib.

Britaniya hərbi yardımı çərçivəsində Ukraynaya uzaqmənzilli artilleriya, gəmi əleyhinə raketlər və pilotsuz təyyarələr verəcək.

Conson və Zelenski Putinin Qara dəniz limanlarını blokadaya alması nəticəsində yaranan qlobal iqtisadi itkini dayandırmağın yollarını da müzakirə ediblər.

Oxşar