Britaniya Ukraynanın təhlükəsizliyinin qarantı olmağa hazırdır

12:04, 30.03.2022

Britaniya Ukraynanın təhlükəsizliyinin qarantı olmağa hazırdır. Ukrayna mətbuatının məlumatına görə, Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord ölkəsinin Ukraynanın təhlükəsizlik zəmanətlərinin təmin edilməsində “öz rolunu oynamağa” hazır olduğunu bildirib.

Britaniyalı diplomatın sözlərinə görə, Böyük Britaniya hökuməti Kiyevə əhəmiyyətli humanitar və hərbi yardım göstərir.

Barbara Vudvordun sözlərinə görə, Ukraynaya yardıma xərclənən ümumi məbləğ 400 milyon funt-sterlinqi keçir.

“Biz müharibənin bitməsinə kömək etmək, Rusiya qoşunlarının çıxarılmasını təmin etmək üçün əlimizdən gələni etmək istəyirik. Ukrayna hökuməti bizdən bunu tələb etsə, biz bu işdə rol oynamaqdan məmnun olarıq – bəli”, – Barbara Vudvord bildirib.

Oxşar