Britaniya Silahlı Qüvvələrinin komandanı bəyan edir ki, Ukrayna ilə müharibədə 50 min rus döyüşçüsü həlak olub və ya yaralanıb
Britaniya Silahlı Qüvvələrinin komandanı bəyan edir ki, Ukrayna ilə müharibədə 50 min rus döyüşçüsü həlak olub və ya yaralanıb

Britaniya Silahlı Qüvvələrinin komandanı bəyan edir ki, Ukrayna ilə müharibədə 50 min rus döyüşçüsü həlak olub və ya yaralanıb.

“Qardianın” məlumatına görə, Toni Radakin bu barədə Britaniya mətbuatına verdiyi müsahibəsində bəyan etdi.

Onun sözlərinə görə, Rusiya qurudan hücum imkanlarının 30%-dən çoxunu itirib və bu, Ukrayna silahlı qüvvələrinə bu müharibədə qalib gələcəklərinə tam əminlik verir.

“Onlar tamamilə başa düşürlər ki, bütün əraziləri yenidən Ukraynanın əlinə keçirməyi planlaşdırırlar və görürlər ki, Rusiya çətinlikdədir – Rusiya, bizim təxmin etdiyimiz kimi, yerüstü döyüş qabiliyyətinin 30%-dən çoxunu itirib, bu isə deməkdir ki, 50 000 rus əsgəri bu qarşıdurmada ya həlak olub, ya da yaralanıb, 1700-ə yaxın rus tankı və 4000 zirehli texnikası məhv edilib”, – Radakin byan etdi.

Radakinin dediyinə görə, bu münaqişədə təcavüzkar Rusiyadır, o, indi itkilərə görə daha az güclü dövlətdir.

“Rusiya bütün Ukraynanı ələ keçirmək ambisiyaları ilə işğala başladı. Rusiyanın böyük şəhərləri bir ay ərzində ələ keçirmək ambisiyaları var idi. Rusiyanın NATO-ya parçalamaq və təzyiq göstərmək ambisiyaları var idi. Rusiya dünya nizamına çağırışdır, Rusiya bütün bu istəklərində uğursuzluğa məruz qalır, Rusiya fevralın əvvəlində olduğundan daha az güclü dövlətdir”, – Britaniya Silahlı Qüvvələrinin komandanı bəyan etdi.