Britaniya səfirliyi Gürcüstanla bağlı 17 ölkənin xarici işlər naziri və Avropa İttifaqının ali nümayəndəsinin birgə bəyanatını yayır
Britaniya səfirliyi Gürcüstanla bağlı 17 ölkənin xarici işlər naziri və Avropa İttifaqının ali nümayəndəsinin birgə bəyanatını yayır

 

Gürcüstanla bağlı 17 ölkənin xarici işlər naziri və Avropa İttifaqının ali nümayəndəsi birgə bəyanat yayır, bu bəyanatı Britaniyanın Gürcüstandakı səfirliyi dərc edir.

Bəyanatda qeyd olunduğu kimi, Gürcüstan hakimiyyətini “ədalətsiz şəkildə saxlanılmış siyasətçiləri, jurnalistləri və fəalları dərhal azad etməyə, repressiv qanunvericiliyi ləğv etməyə və bütün müvafiq tərəflərlə milli dialoqa qoşulmağa” çağırırlar.

“Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, İslandiya, İrlandiya, Latviya, Litva, Niderland, Norveç, Polşa, İspaniya, İsveç və Birləşmiş Krallığın xarici işlər nazirlərinin və Avropa İttifaqının ali nümayəndəsinin Gürcüstanda son dövrlərdəki hadisələrlə bağlı 2025-ci ilin 11 iyul tarixli birgə bəyanatı.

Biz, Avropanın demokratik ölkələrinin xarici işlər nazirləri, Gürcüstanda vəziyyətin pisləşməsindən narahatıq və dərindən məyusuq. Müxalifət partiyalarının liderlərinin siyasi motivli həbslərini və saxlanmalarını qətiyyətlə pisləyirik. Bu açıq şəkildə yerli seçkilərdən bir neçə ay əvvəl siyasi müxalifətin Gürcüstanda susdurulması məqsədinə xidmət edir. Onların saxlanılması, eləcə də özbaşına saxlamalar və gürcü hakimiyyətinə qarşı tənqidi mövqe tutanlara, vətəndaş cəmiyyəti nümayəndələrinə, dinc etirazçılara və müstəqil jurnalistlərə qarşı artan repressiya Gürcüstanda demokratiyanın dağılmasına və ölkənin sürətlə avtoritar sistemə çevrilməsinə kömək edir, bu isə Avropa dəyərlərinə və normalarına ziddir. Son dövrlərdəki qanunvericilik dəyişiklikləri müstəqil vətəndaş cəmiyyətinin və legitim etirazın boğulmasına yönəlib. Gürcüstan hakimiyyəti tərəfindən həyata keçirilən siyasi repressiyalar yardımların və Gürcüstan hakimiyyəti ilə əməkdaşlığın məhdudlaşdırılması da daxil olmaqla, ikitərəfli münasibətlərimizin əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb oldu. Bu gün Gürcüstan hakimiyyətinin avtoritar və anti-avropa kursu ölkənin demokratik nailiyyətlərinə və bizim ölkələrlə münasibətlərə daha çox təhlükə yaradır. Biz Gürcüstan hakimiyyətinin antidemokratik hərəkətlərini və insan hüquqlarının pozulmalarını ifşa etməyə davam edəcəyik və əgər Gürcüstan hakimiyyəti ölkənin demokratiyasına və insan hüquqlarına hörmətə balta vurmağa davam etsə, sahib olduğumuz mexanizmlərdən istifadə etməyə hazırıq. Kursun dəyişdirilməsi hələ də mümkündür. Gürcüstan hakimiyyətinə çağırış edirik, ədalətsiz şəkildə saxlanılmış siyasətçiləri, jurnalistləri və fəalları dərhal azad etsin; repressiv qanunvericiliyi ləğv etsin və mövcud vəziyyətdən çıxış yolu tapılması üçün bütün müvafiq tərəflərlə milli dialoqa qoşulsun” – bəyanatda deyilir.