Britaniya səfiri vəzifəsini yerinə yetirən - hamını dinc və konstitusiya çərçivəsində hərəkət etməyə çağırırıq
Britaniyanın Gürcüstandakı səfiri vəzifəsini yerinə yetirən, Kler Olbless seçkilərlə bağlı hadisələrə “tvitter” vasitəsilə əks səda verir.
“Seçki proseslərini diqqətlə izləyirik. Hamını dinc və konstitusiya çərçivəsində hərəkət etməyə çağırırıq.
İndi vaxtdır ki, fərqlərə baxmayaraq Gürcüstan bir olsub. Birləşmiş Krallıq beynəlxalq partnyorlarla birlikdə bu prosesi dəstəkləməyə hazırdır”, – Kler Olblessin bəyanatında deyilir.