Britaniya Müdafiə Komitəsi – Zaporojye elektrik stansiyasına radiasiya sızması ilə nəticələnən məqsədyönlü hücum olsa, NATO üzvü olan dövlətə hücum kimi qiymətləndirilməlidir
Böyük Britaniya İcmalar Palatasının Müdafiə Komitəsinin rəhbəri, Tobias Ellvud bəyan edir ki, Zaporojye elektrik stansiyasına radiasiya sızması ilə nəticələnən məqsədyönlü hücum olsa, NATO üzvü olan dövlətə hücum kimi qiymətləndirilməli və təşkilatın beşinci maddəsi işə salınmalıdır.
“Gəlin bunu elə indi müəyyənləşdirək. Ukraynanın atom elektrik stansiyasında radiasiya sızması ilə nəticələnən hər hansı qəsdən zərər, NATO-nun beşinci maddəsinin pozulması olacaq”, – Tobias Ellvud yazır və ABŞ konqresmen Adam Kissincer də onu dəstəkləyir.
Adam Kinzinger qeyd etdiyi kimi, hər hansı bir sızma NATO-ya üzv dövlətlərdə həyat bahasına başa gələcək.
“Bu yüz fazilə belədir. Hətta müzakirə belə olunmur. İstənilən sızma NATO-ya üzv dövlətlərdə həyat bahasına başa gələcək. Bu avtomatik olaraq beşinci maddənin işə salınması deməkdir”, – Kinzinger yazır.