Britaniya Kəşfiyyatının məlumatına görə, Rusiya qüvvələri Baxmitda müəyyən tərəqqiyə nail oldular və böyük ehtimalla şəhərin mərkəzinə doğru gedirlər

12:27, 07.04.2023

Rusiya qüvvələri Baxmitda müəyyən tərəqqiyə nail oldular və böyük ehtimalla şəhərin mərkəzinə doğru gedirlər, – bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat göstəriciləri hesabatında deyilir.

Britaniya Kəşfiyyatının məlumatına görə, Rusiya hərbçiləri Baxmutka çayının qərb sahilini zəbt etdilər və Ukrayna ordusunun Baxmutkanın qərbindəki əsas təchizat xəttinin təhlükə altında olacağı ehtimalı var. Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatına görə, Rusiya reqular qoşunları, o cümlədən desant bölmələri ərazini möhkəmləndirib və Rusiya hələ də qeyd olunan sektorda artilleriyadan effektli istifadə edir.

Britaniya kəşfiyyatının məlumatına uyğun olaraq, “Vaqner” qrupu ilə Rusiya Müdafiə Nazirliyi arasında narazılıq sona çatıb və onların əməkdaşlığı yaxşılaşıbdır.

 

Oxşar