Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya qoşunu Hostomel aeroportunu tərk edir
Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya qoşunu Hostomel aeroportunu tərk edir.
Hostomel aeroportu Ukrayna paytaxtının yaxınlığında yerləşir və onun ələ keçirilməsi üçün mübarizə müharibənin elə ilk günlərindən başlamışdır.
“Ukrayna qüvvələri Kiyev yaxınlığında rus qoşunlarının sıxışdırılması istiqamətilə irəliləməyə davam edir”, – Britaniya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna qüvvələri şərqdə bir neçə kəndi geri qaytardı.