Britaniya Kəşfiyyatı - Ukrayna qüvvələri Xerson vilayətində hücumu davam etdirir, Rusiya isə, Slavyansk və Kramatorska hücumlara hazırlaşır
Britaniya Kəşfiyyatı - Ukrayna qüvvələri Xerson vilayətində hücumu davam etdirir, Rusiya isə, Slavyansk və Kramatorska hücumlara hazırlaşır

Ukrayna qüvvələri Xerson vilayətində hücumu davam etdirir, Rusiya isə, Slavyansk və Kramatorska hücumlara hazırlaşır. Müvafiq məlumatı Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyatı yayır.

Britaniya Hərbi Kəşfiyyatının məlumatına görə, Rusiya qabaqcıl mövqelərdən təxminən səkkiz kilometr aralıda yerləşən Seversk istiqamətində güman edildiyinə görə, hərbi texnikanı səfərbər edir. Görünür, Rusiya qüvvələri Donetsk bölgəsində yeni hücumlara başlamamışdan əvvəl tədarükünü artırmaq üçün hücumu dayandırdı.

Bununla yanaşı, Britaniya Kəşfiyyatının məlumatına görə, Rusiya qüvvələrinin bilavasitə taktiki hədəfi Seversk ola bilər, çünki Rusiya bütün mümkün aralıq hədəflərə – Slavyansk və Karamatorskın məskunlaşdığı ərazilərə doğru irəliləməyə çalışır.