Britaniya kəşfiyyatı - Ukrayna bu həftə Donbas cəbhə xəttində Rusiyanın bir neçə hücumunu dəf etdi
Ukrayna bu həftə Donbas cəbhə xəttində Rusiyanın bir neçə hücumunu dəf etdi, – bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında deyilir.
Elə onların məlumatına görə, Rusiyanın müəyyən ərazi irəliləyişi əldə etməsinə baxmayaraq, Ukrayna müqaviməti bütün istiqamətlərdə güclü idi və Rusiya qüvvələrinə xeyli ziyan vurdu.
“Rusların zəif əhval-ruhiyyəsi və qüvvələrini yenidən qurmaq, yenidən təchiz etmək, eləcə də əvvəlki hücumlardan sonra reorqanizasiya üçün lazım olan məhdud vaxt, çox güman ki, Rusiyanın döyüş effektivliyini azaldacaq”, – məlumatda deyilir.