Britaniya Kəşfiyyatı – Rusiya 9 May paradlarını ləğv etdi

13:48, 06.05.2023

Rusiyanın bir neçə bölgəsində 9 Maya həsr olunmuş tədbirlərin ləğv olunması, Kreml üzərində pilotsuz təyyarənin partlaması ilə bağlı Rusiya rəhbərliyi arasında artan təhlükə hissini göstərməsi mümkündür, – bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin hesabatında deyilir.

Britaniya Kəşfiyyatının məlumatına görə, Rusiyanın 6 bölgəsi və 21 şəhərində, eləcə də işğal olunmuş Krımda 9 May paradları artıq ləğv edilib. Bundan başqa, Kreml bayram qəbulunu da keçirməyəcək, Moskvada isə, güman edildiyinə görə, daha az miqyaslı bayram keçiriləcək.

Britaniya Kəşfiyyatının yaydığl məlumata görə, 9 May tədbirlərinin ləğvinə, güman edildiyinə görə, Ukraynadakı müharibədən narazılıq və etirazlar təsir etdi.

Oxşar